Biz sülh müqaviləsini Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədr müavini Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, hazırda Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddialarda “Dağlıq Qarabağ” ifadəsindən istifadə edilir:
“Bu halda sülh müqaviləsi necə imzalana bilər? Bir daha xatırlatmaq istəyirəm ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasının qarşısını alan bu ölkənin öz konstitusiyasıdır. Çünki Ermənistan konstitusiyasında və Müstəqillik aktında “Dağlıq Qarabağ Ermənistan ərazisidir” deyə qeyd var. Əgər sözügedən aktdan və konstitusiyadan “Dağlıq Qarabağ Ermənistan ərazisidir” ifadələri çıxarılmadığı halda sülh müqaviləsi imzalana bilməz”.
.