Bu gün səhər 09:50 radələrində Bakı-Sumqayıt şosesində ağır yol qəzası baş verib. Bu barədə hadisə yerində olan "Novoye Vremya” qəzetinin əməkdaşı Sahib Əsədbəylinin verdiyi məlumata görə, qəza Baş Dövlət Yol Polisi İdarəsinin Saray postu deyilən ərazisinin yaxınlığında baş verib. Hadisəyə səbəb Nəqliyyat Nazirliyinin, Nəqliyyat Departamentinin əməkdaşları Bakı-Sumqayıt istiqamətində hərəkət edən "Kamaz” markalı avtmobili təqib etməsi nəticəsində baş verib. Şahidlərin hadisə yerinəd olan qəzetimizin əməkdaşına verdikləri məlumatlarda bildirilir ki, Nəqliyyat Departamentinin əməkdaşlaı "Kamaz” markalı avtomobili saxlamaq istəyiblər. Lakin sürücü avtomobili saxlamayaraq yüksək sürətlə hərəkətini davam etdirib. Bundan sonra departament əməkdaşları "Kamaz” markalı avtomobili təqib ediblər. Yüksək sürətlə hərəkət edən "Kamaz” idarəni itirərək yol kənarındakı metal maneyəyə çırpılaraq yolun əks istiqamətinə çıxıb digər 2 avtomobili toqquşduqdan sonra aşıb. Yüngül xəsarət alanların olduğu bildirilir. Hal hazırda isə Sumqayıt-Bakı istiqamətində təxminən 3-4 killometr uzunluğunda tıxacın yarandığı bildirilir.
.