Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov bir neçə aylıq fasilədən sonra facebook-a qayıdıb.
Yenizaman.az musavat.com-a istinadən xəbər verir ki, o, rəsmi səhifəsində Qubada keçiriləcək qolf turniri ilə bağlı məlumatı paylaşıb. Nəqliyyat nazirinin oğlu, Qolf Federasiyasının prezidenti yazıb ki, belə turnir Cənubi Qafqazda ilk dəfə Azərbaycanda keçirilir.
Yarış iyunun 6-7-də Quba Milli Qolf Klubunda keçiriləcək.
Bundan başqa, 2014-cü ilin 30 iyul - 3 avqust 2014 tarixlərində isə ölkəmizin tarixində ilk dəfə olaraq, nüfuzlu "European tour” çərçivəsində "Challange tour” keçiriləcək.
Qeyd edək ki, Anar Məmmədov facebook-da çox fəal deyil. O, iki-üç ayda bir dəfə paylaşım edir. Bununla belə, sosial şəbəkədə olunun 26 mindən çox izləyicisi var.
.
