Nəqliyyat Nazirliyinin tabeliyində olan "Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərov cəmiyyətinmaliyyə vəsaitləri üzərində sərəncam vermək hüququnu tamamiləitirib. Məhz bu səbəbdən də onunla bir çox iri şirkətlər arasında ciddiproblemlər yaranıb.
Bu barədə Mia.az-a daxil olan məlumata görə, yanvar ayındanetibarən Arif Əsgərova ən kiçik vəsaitlərin üzərində sərəncamvermək hüququ yasaqlanıb: «Artıq Arif Əsgərov hesabdan hesabaqanuni pul köçürmələrini də həyata keçirmək səlahiyyətində deyil.QSC-nin üzərində çox ciddi nəzarət var. Arif Əsgərov demək olar ki,ciddi proseslərdən təcrid edilib. Bu isə "Azərbaycan Dəmir Yolları” QSC ilə müqaviləsi olan bir sıra şirkətlər arasında çox ciddiproblemlərə yol açıb».
Mia.az-ın məlumatına görə, Arif Əsgərov yalnız Ziya Məmmədovun yazılığı razılığı əsasında maliyyə vəsaitlərinin köçürülməsi haqdasənədlərə imza ata bilir: «Buna görə də "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri kimi Arif Əsgərov böyük basqılarla üz-üzə qalıb.Belə ki, cəmiyyətin tenderlərində qalib gəlmiş bəzi şirkətlər üzərlərinə düşən işləri görmələrinə rəğmən, pullarını ala bilmirlər. ZiyaMəmmədov həmin şirkətlərin Arif Əsgərov və yaxud QSC-nin digər rəhbər şəxsləri ilə maliyyə fırıldaqlarına yol verdiklərini iddia edərək,pullarının ödənilməsini sanksiyalaşdırıb. Əlbəttə, bu, Ziya Məmmədovun özünüqoruma insktindən də qaynaqlana bilər. Lakin fakt odur ki, əvvəllər milyonların üzərində rahatlıqla sərəncam verən Arif Əsgərov indi 40-50 min manatı sərbəst ödəmək iqtidarında deyil. Busəbəbdən də bəzi şirkətlər məhkəmələrə də üz tutublar».
Müsahibimizin sözlərinə görə, yaşanan olaylar səbəbindən Arif Əsgərovun rəhbərlik etdiyi "Azərbaycan Dəmir Yolları”nı məhkəməyəcəlb eləyən şirkətlər arasında "ATEF Şirkətlər Qrupu” MMC-nin adı da var: «Bu şirkət QSC-dən təxminən 306 min dollar vəsaitinintutularaq hesabına ödənilməsi məqsədiylə məhkəməyə üz tutub. Mənim bildiyimə görə, MMC ilə QSC arasındakı 306 min dollarlıqməhkəmə işinə birinci instansiya məhkəməsində baxılıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsindədir».
Sonda müsahibimiz Mia.az-a deyib ki, dəmiryolu nəqliyyatında baş verənlər tezliklə Arif Əsgərovun vəzifəsindən azad olunacağıqənaətini gücləndirib: «Məncə, bu gediş çox uzun sürməz. Arif Əsgərov səlahiyyətsiz bir vəziyyətdə salınıb. Yəqin ki, çox qısa müddətdəonun «vurulması» rəsmiləşəcək».
Məlumatla bağlı QSC-dən münasibət öyrənə bilmədik.
Amma aydınlaşdırdıq ki, "Azərbaycan Dəmir Yolları” QSC ilə "ATEF Şirkətlər Qrupu” MMC arasında həqiqətən də məhkəməmübahisəsi var. 306 min 242 dollarlıq mübahisə hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Kəmalə Abiyevanın sədrliyi iləaraşdırılır. İş üzrə mayın 15-də növbəti proses saatı təyin edilib.
.
