Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidan baş məşqçilik karyerasını bərpa edir.

50 yaşlı mütəxəssis bu barədə "RMC Sport"a açıqlamasında bildirib.

Təcrübəli baş məşqçi tezliklə qayıdacağını bildirib: "Bir az gözləyin. Yenidən qayıtmağa yaxınam".

Qeyd edək ki, Zinəddin Zidan 2016 - 2018 və 2019 - 2021-ci illərdə "Real Madrid"də işləyib. 2018-ci ilin mayından 2019-cu ilin martına kimi Santyaqo Solari Madrid təmsilçisinin sükanı arxasında olub.

"Kral klubu" Zidanın rəhbərliyi altında iki dəfə La Liqanı, üç dəfə UEFA Çempionlar Liqasını, iki dəfə klublararası dünya çempionatını və eyni sayda UEFA Super Kubokunu qazanıb.

.