Fransa yığmasınnın sabiq futbolçusu Zinəddin Zidan karyerasının ən yaxşı qolunu açıqlayıb.

Yenizaman "RMC Sport"a istinadən xəbər verir ki, dünya çempionu 2002-ci ildə Çempionlar Liqasının finalında İspaniyanın "Real" klubunun heyətində Almaniya təmsilçisi "Bayer 04"ə vurduğu qolu karyerasının ən yaxşısı adlandırıb.

“Düşünürəm ki, ən gözəl və vacib qolu "Bayer 04" ilə matçda vurdum. Bu kubok məndə yox idi. Kuboku qazanmaq üçün bizə bu qol lazım idi”, - deyə keçmiş yarımmüadfiəçi bildirib.

Qeyd edək ki, 2002-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilən qarşılaşma Madrid klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Məhz Zinəddin Zidanın vurduğu qol komandasına qələbə qazandırıb.

.