Bakı şəhər sakini zeytun yığarkən ağacdan yıxılaraq ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, oktyabrın 9-da Bakı şəhər sakini Bilal Səfərov Nərimanov rayonu ərazisində zeytun yığarkən ağacdan yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş B.Səfərov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
