Azərbaycandan Məşədə gedən zəvvar avtobusu qəzaya uğradı
Ələt – Astara magistral yolunun Biləsuvar rayonu, Mahmudçalı adlanan ərazidə ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu, Azərbaycandan İran İslam respublikasının Məşəd şəhərində gedən zəvvar avtobusu olub.
Avtomobildə olan 33 nəfər sərnişinin 3 nəfəri (kişi) aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 10 nəfəri isə müxtəlif bədən xəsarətləri alıblar.
Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtobusdan çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.
Yaralılar Salyan rayon Mərkəzi Xəstəxanasıma çatdırılıblar.
İlkin ehtimala görə, qəzaya sürücünün yatması səbəb olub.
.