Türkiyədəki antikorrupsiya əməliyyatının mərkəzi fiquru Rza Zərrabın əmlakı müsadirə olunub. Müsadirə olunan əmlaklardan biri də onun 2012-ci ilin yayında həat yoldaşı Ebru Gündeşə hədiyyə olaraq aldığı Challenger 300 tipi özəl təyyarədir. 2009-cu il istehsalı olan təyyarə 12-16 milyon dollar dəyərində qiymətləndirilir.
Rza Zərrabın müsadirə olunan əmlkalarından biri də ingilis cinsindən olan sevimli yarış atı – "El Ganador”dur.
Zərrabın aldığı başqa bir yarış atı - "Duty Free” isə həyat yoldaşı Ebru Gündeşin adına olduğu üçün müsadirə edilməyib. Təxminən 500 min dollara alınan bu at yarışlardan Zərrab ailəsinə indiyədək 1 milyon dollara yaxın pul qazandırıb.
Türkiyə mediası xəbər verir ki, Rza Zərrabın Türkiyə vətəndaşı olduqdan sonra aldığı bütün daşınan və daşınmaz əmlakına həbs qoyulub.
.