Artıq 10 gündür ki, prokurorluğun əməkdaşları "Zerkalo” qəzetinin redaktoru Elçin Şıxlının kompüterini, həmçinin redaksiyaya məxsus sənədləri götürüblər.
"Bu, Rauf Mirqədirovun həbsindən sonrakı gün baş verib. Redaksiyaya gələn prokurorluq işçiləri Raufla bağlı bütün işçiləri dindiriblər, ona aid sənədləri götürüblər”, - E.Şıxlı Turan agentliyinə bildirib.
Redaktorun kompüterində qəzetin arxivi, həmçinin onun şəxsi sənədləri və atası, tanınmış ictimai xadim, Azərbaycan xalq yazıçısı İsmayıl Şıxlının arxivi saxlanılır.
"Hazırda sanki əlim-qolum bağlanıb, bütün əlaqələr itib, kompüteri nə vaxt qaytaracaqlar məlum deyil”, - redaktor bildirib.
Qeyd edək ki, Elçın Şıxlı Azərbaycan Jurnalistlər İttifaqının sədridir.
.