Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxs qismində Fizuli Xurşudov ifadə verib.
Bildirib ki, onu MTN- dəvət edib sorğu-sual ediblər, çay veriblər, yemək təklif ediblər: "Mənə təzyiq olmayıb. Təqsirləndirilən şəxslərdən şikayətim yoxdur”.
Digər zərərçəkmiş Zabil Salmanov da təqsirləndirilən şəxslərdən şikayəti olmadığını deyib.
Prosesdə Zabil Salamov müdafiə tərəfinin sualların çoxuna cavan verməyib və kobudluq edib. Buna görə də hakim Zabil Salamova xəbərdarlıq edib.
Proses mayın 16-da davam edəcək.
.