Zərdabda ağır yol qəzası olub.
Hadisə Ağcabədi-Zərdab avtomobil yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-21099" və "Land Rover" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı "VAZ-21099"un sürücüsü Abdullayev Azər Cəlal oğlu aldığı xəsarətlərdən ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qəzanın başvermə səbəbi araşdırılır.
.
