Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Türk Dünyasının regional bütövlüyü təmin olunacaq.

Yenizaman xəbər verir ki, bu barədə TurkicWorld-ə eksklüziv müsahibəsində Türkiyənin Ticarət Naziri Ömər Bolat bildirib.

O qeyd edib ki, dəhliz təkcə Türkiyə və Azərbaycanı deyil, bütün regional ticarəti və Orta Dəhlizi gücləndirəcək.

“Ümid edirik ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Ermənistan tərəfi arasında aparılan danışıqlar ən qısa zamanda yekunlaşacaq və bu dəhliz fəaliyyətə başlayacaq”, – deyə Ömər Bolat bildirib.

.