Ukrayna NATO-dan daha çox hərbi yardım istəyəcək.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

"Müharibəni bitirmək üçün bizə ağır silahlar: 155 mm çaplı 1000 haubitsa; 300 MLRS; 500 tank; 2000 zirehli maşın; 1000 dron lazımdır. İyunun 15-də Brüsseldə Müdafiə Nazirlərinin Təmas Qrupunun iclası keçiriləcək. Biz qərar gözləyirik", Mixail Podolyak bildirib.

.