
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerlə İstanbulda Rusiya nümayəndə heyəti ilə aparılan danışıqların nəticələrini müzakirə edib.
Bu barədə V.Zelenski sosial şəbəkə hesabında yazıb.
"Böyük Britaniyanın Baş naziri Kir Starmerlə çox məzmunlu söhbət apardıq. Böyük Britaniyanın "Ramştayn" formatında lider roluna və Rusiyaya qarşı yeni sanksiyalara görə təşəkkür etdim. İstanbulda Rusiya tərəfi ilə növbəti əsir mübadiləsi barədə razılığa gəldiyimiz dünənki görüş barədə məlumat verdim. Ukrayna nümayəndə heyəti atəşkəsin zəruriliyini bir daha vurğulayıb və avqustun sonuna qədər liderlərin görüşünün keçirilməsini təklif edib", - məlumatda bildirilib.
Tərəflər həmçinin Ukraynada daxili islahatların aparılması ilə bağlı məsələlərə toxunublar. V.Zelenski hüquq-mühafizə sisteminin gücləndirilməsinə və antikorrupsiya infrastrukturunun müstəqilliyinin təmin edilməsinə yönəlmiş qanun layihəsinin hazırlanması barədə məlumat verib. K.Starmer britaniyalı ekspertlərin dəstəyini təklif edib və gələcək əməkdaşlığa hazır olduğunu bildirib
.