Qanunvericiliyin tələblərinin pozulması hallarında qeyri-hökumət təşkilatının, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılmasına dair yeni prosedur müəyyənləşir.

Bu, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, belə hallarda qeyri-hökumət təşkilatının, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti məhkəmə qərarı ilə bir ilədək müddətə dayandırıla bilər. Layihəyə əsasən, belə hallarda qeyri-hökumət təşkilatının, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə dayandırıla biləcək.

Qeyri-hökumət təşkilatı qismində yaradılan fondların nizamnamə kapitalına dair yeni tələb müəyyənləşir

Qeyri-hökumət təşkilatı qismində yaradılan fondların nizamnamə kapitalına dair yeni tələb müəyyənləşir.

Bu, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, Fond yaradılarkən onun nizamnamə kapitalı on min manatdan az olmamalıdır. Laihəyə əsasən, Fond yaradılarkən onun nizamnamə kapitalı yüz min manatdan az olmamalıdır.

.