
“Ukraynanın iştirakı olmadan Səudiyyə Ərəbistanında qəbul ediləcək heç bir razılaşmanı tanımayacağıq”.
Yenizaman “Interfax-Ukraine” portalına istinadən xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanında Rusiya və ABŞ rəsmiləri arasında görüşü şərh edərkən deyib.
O bildirib ki, danışıqların detalları barədə məlumatı şəxsən bu ölkənin baş naziri Məhəmməd bin Salmandan öyrənəcək.
V. Zelenski eyni zamanda BƏƏ-yə səfəri zamanı neftin qiymətinin azaldılması məsələsini də qaldıracağını deyib. Ukrayna lideri əlavə edib ki, buna yalnız ABŞ lideri Donald Tramp nail ola bilər:
“Mən buna kimin nail olacağını bilmirəm. Hesab edirəm ki, neftin qiymətinin azaldılması üçün kifayət qədər resurslara məhz rəsmi Vaşinqton daxildir. Məncə o, qarşısına məqsəd qoysa, buna nail olacaq”.
.