“İndiki məqamda biz sabitliyin əldə edilməsinə, daha sonra isə hərbi vəziyyət rejimi ləğv edildikdən sonra Prezident seçkisinin qanunvericiliyə uyğun keçirilməsinə nail olmalıyıq”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O həmçnin ölkəsinin atəşkəsə hazır olduğu barədə dəfələrlə fikirlər səsləndirdiyini xatırladıb:

“İndi əsas sual Rusiya tərəfinin və bizim müttəfiqlərimizin buna hazır olub-olmaması ətrafındadır. İkinci məsələ isə tərəfdaşlarımızın atəşkəsin texniki monitorinqini həyata keçirə bilməsindən ibarətdir. Bütün bunlara nail olunarsa, baş verənlər yekun nəticədə müharibənin bitməsi ilə nəticələnəcək. Hərbi vəziyyət rejimi də məhz bundan sonra aradan qaldırılacaq”.

Rusiya ABŞ-nin təklifləri ilə razı olsa, müvafiq addımlar atılacaq

“Ciddədə aparılan danışıqlar konstruktiv idi. Rusiya onların nəticələrindən imtina edəcəyi halda Vaşinqtonun təsirli addımlar atacağını ehtimal etmək olar”.

Bunu Ukraynanın Prezidenti Volodimir Zelenski deyib:

“Ümumilikdə ABŞ tərəfi bizim müharibənin tezliklə bitməsinə yönələn sürətli addımlar atmağımızı istəyirdi. Lakin onlar bunu nümayiş etdirdiyimizi gördüyü halda bizə hərbi dəstəyin davam etdiriləcəyinə dair vəd verdilər. Mən bunu müsbət qiymətləndirirəm. Rusiya da bizim kimi ABŞ-nin təklifləri ilə razı olduğunu nümayiş etdirsə buna müvafiq addımlar atılacaq. Ciddədə aparılan danışlqları ümumiyyətlə konstruktiv adlandırardım. Çünki onun nəticəsində ABŞ ölkəmizə yardımları bərpa etdi. Müzakirələr zamanı Rusiyanın atəşkəsi pozacağı halda bu ölkəyə sanksiyaların tətbiqi də diqqət mərkəzində olub, lakin bu barədə danışmaq hələ tezdir. Bu məsələ ABŞ və Rusiya rəsmiləri arasındakı dialoqdan asılı olacaq”.

.