Ukrayna nazirliklər və Prezident Ofisinin rəhbəri səviyyəsində ABŞ Prezidenti Donald Trampın komandası ilə ünsiyyəti davam etdirəcək.

Yenizaman "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Biz razılaşdıq - müdafiə nazirləri, həmçinin ABŞ dövlət katibi və xarici işlər naziri, eləcə də müxtəlif səviyyələrdə ofisimin rəhbəri və ABŞ tərəfindən onun həmkarları ünsiyyətdə olacaqlar", - Zelenski Kiyevdə Polşa Prezidenti Andjey Duda ilə birgə mətbuat konfransında qeyd edib.

.