 
                            Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Pokrovsk istiqamətində (Ukrayna) vəziyyət gərgin olaraq qalır.
O, bunu brifinqdə bildirib.
O qeyd edib ki, lakin Ukrayna qüvvələri orada mühasirəyə alınmayıb: "Pokrovskda vəziyyət çətindir. Bu istiqamətdə təxminən 170 min düşmən hərbçisi cəmləşib. Bu çox böyük göstəricidir. Bu gün səhər baş komandanla danışdım - Pokrovsk istiqamətində dəyişikliklər yoxdur".
V.Zelenskinin sözlərinə görə, Ukraynanın müdafiə qüvvələri ağır döyüşlərə baxmayaraq Rusiya qoşunlarını məhv etməyə davam edirlər. O vurğulayıb ki, Pokrovsk uğrunda "ağır döyüş" gedir.
 
                        
                        
 
                     
                    