
Sentyabrın sonu-oktyabrın əvvəlində Ukrayna nümayəndə heyəti ABŞ-də silah alışı üzrə texniki görüşlər keçirəcək.
Ukrayna KİV-i xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski brifinqdə bildirib.
O, həmçinin Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla apardığı danışıqların nəticələri barədə məlumat verib.
"Bizim Amerika Birləşmiş Ştatlarından müxtəlif proqramlar vasitəsilə müvafiq silahların alınması ilə bağlı razılaşmamız var idi. Sentyabrın sonu və oktyabrın əvvəlindən başlayaraq Ukrayna nümayəndə heyəti ABŞ-də texniki görüşlər keçirəcək. Əsas məsələləri prezidentlə müzakirə edərk razılaşdırdıq. İndi isə praktiki icraya keçirik", - V.Zelenski qeyd edib.
O, bu razılaşmanı ABŞ-dən silah alışı haqqında "mega deal" kimi xarakterizə edib.
Prezidentin sözlərinə görə, o, Trampla Ukrayna dronlarının alınması ilə bağlı sazişi də müzakirə edib və texniki komandalar onun üzərində işləməyə başlayırlar.
.