Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
“general-leytenant” hərbi rütbəsi
general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova
“general-mayor” hərbi rütbəsi
polkovnik Elnur Əli oğlu Ələsgərliyə
polkovnik Hikmət Rövşən oğlu Əliyevə
polkovnik Telman Əsgər oğlu Hüseynova".
.
