Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Bu barədə V. Zelenski özünün "Twitter" hesabında bildirib.

Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan görüş zamanı tərəflər Ukrayna və Türkiyə arasında əməkdaşlığın bütün sahələrinə, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığa dair müzakirə aparıblar.

“Bizim əlaqələrimiz daha da möhkəmlənir və praktiki layihələrlə dolur”, - deyə Ukrayna dövlət başçısı qeyd edib.

.