Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib.

ABŞ KİV-i xəbər verir ki, danışıqların əsas mövzularından biri ABŞ-nin Ukraynada dağ-mədən sənayesinin inkişafında iştirakını nəzərdə tutan faydalı qazıntılar sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması olacaq.

Bundan əlavə, təhlükəsizlik və Ukrayna ilə Rusiya arasında hərbi münaqişənin həlli məsələlərinin müzakirə olunacağı gözlənilir.

.