44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi.

Bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib.

Dövlət başçısı bildirib ki, ondan 7 ay sonra burada Şuşada tarixi Şuşa Bəyannaməsi imzalandı və bu Azərbaycan-Türkiyə əlaqələrini rəsmən müttəfiqlik səviyyəsindən qaldırıb: “Halbuki onsuz da biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur. Və bu bizim böyük sərvətimizdir.

Şuşa Bəyannaməsi sadəcə olaraq bu tarixi mədəni əlaqələri rəsmi çərçivəyə salıb. Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir”.

.