Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkəsinə təhlükəsizlik zəmanətləri ən azı Fransa və Böyük Britaniya hərbi qüvvələrinin Ukraynada fiziki iştirakını nəzərdə tutmalıdır.

O, bu barədə Kiyevdə jurnalistlərə açıqlamasında deyib.

"Hələ "sülh" paketinə daxil olmalı təhlükəsizlik zəmanətləri haqqında sazişin yekun mətni yoxdur. Ona görə də tərəfdaşların Ukraynada hərbi iştirakına aid olanlar da daxil olmaqla, vacib detallar hələ razılaşdırılmayıb. Lakin qeyd etdiyim bu elementlər zəruridir. Şübhəsiz, bizim üçün təhlükəsizlik zəmanətində hərbi iştirak vacibdir, şübhəsiz ki, hamı buna hazır deyil. Amma iştirak vacib faktorlardan biridir və hətta "istəklilər koalisiyası"nın özünün mövcudluğu onların iştirakını aktivləşdirməyə hazır olub-olmamalarından asılıdır"- deyə Zelenski vurğulayıb.

Ukrayna Prezidenti genişmiqyaslı kadr dəyişiklikləri barədə anons verib

Ukrayna Prezidenti Volodimir Zelenski bütün hüquq-mühafizə qurumlarının rəhbərliyini və müdafiə sahəsini əhatə edən genişmiqyaslı kadr dəyişiklikləri barədə anons verib.

Zelenski Kiyevdə jurnalistlərə açıqlamasında bildirib ki, dövlət qurumları hazırda qlobal yenilənmə prosesindədir:

"Təhlükəsizlik, hüquq-mühafizə sistemi hissəsinə gəlincə, şəxsən mən bütün rəhbərlərin rotasiyası ilə məşğul olacağam. Onlardan bəziləri çox uzun müddətdir ki, vəzifədədir. Hamımız bir komandadayıq. Düşünürəm ki, hamı müxtəlif yüksək vəzifələrdə qalacaq, lakin sözsüz ki, əvəzləmələr də olacaq".

Zelenskinin sözlərinə görə, böyük yenilənmə Nazirlər Kabineti ilə başlayıb.

.