Rusiyanın pilotsuz uçuş aparatlarının (dronların) istehsalı sahəsində İranla əməkdaşlığı ciddi təhlükə yaradır və hətta dünya buna hazır olmadığı halda Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər.

Yenizaman UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski irlandiyalı bloqer Keylin Robertsona verdiyi müsahibədə bildirib.

Zelenski qeyd edib ki, genişmiqyaslı müharibənin ilk dövrlərində Rusiya İranın verdiyi silahlardan Ukraynaya qarşı fəal şəkildə istifadə edib. Onun sözlərinə görə, hazırda İran oxşar texnologiyalardan Yaxın Şərqdəki münaqişələrdə istifadə edir və ABŞ-ın hərbi bazalarına hücumlar həyata keçirir. Ukrayna kəşfiyyatı həmçinin müharibədə istifadə olunan “Şahed” dronlarında Rusiya istehsalı olan detalları qeydə alır.

O əlavə edib ki, əgər münaqişə payıza qədər dayandırılmasa, bu, uzunmüddətli müharibəyə çevrilə və qlobal nəticələrə səbəb ola bilər.

.