
Ukraynanın mövqeyi aydındır və bu mövqe müharibəni dayandırmaq üçün danışıqlar masasında Avropanın olmasını nəzərdə tutur.
“Unian“ xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə ölkə liderləri ilə görüşündən sonra mətbuat konfransı zamanı deyib.
“Biz alternativləri nəzərdən keçirmirik, bu, bizim aydın mövqeyimizdir. Avropa çox böyükdür və onun bu danışıqlar masasında aydın təmsilçiliyi olmalıdır. Bu gün hamımız razılaşdıq ki, Avropanı Fransa və Böyük Britaniya təmsil edəcək. Makron və Starmer. Məncə, bu da vacibdir. Və biz bu siqnalı digər tərəfdaşlara, əlbəttə ki, Amerika Birləşmiş Ştatlarına çatdırmaq istəyirik”, - Zelenski deyib.
Zelenski əlavə edib ki, Parisdəki görüş zamanı hər bir ölkə liderinin məsələyə öz baxış bucağı var idi. Bununla belə, onların hamısını Ukraynaya dəstək və təhlükəsizlik zəmanəti vermək ideyası birləşdirirdi.
Zelenski ABŞ-a güvənib-güvənmədiyini açıqlayıb
Müharibə şəraitində olan Ukrayna ilə müqayisədə indi bütün dünya “çox ləng” yaşayır.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə ölkə liderləri ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında ABŞ-yə güvənib-güvənmədiyi və müttəfiqlərin çox ləng hərəkət etdiyini düşünüb-düşünmədiyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Bunlar məzəmmət deyil, sadəcə olaraq tamam başqa reallıqlardır. Təəssüf ki, bir həftəyə etmək istədiyimizi bir neçə aya edirik. Niyə biz Ukraynada çox şey etmək istəyirik? Çünki bütün bunlar çox uzun zaman alır. Hər gün raket zərbələrinə məruz qalırıq, hər gün itkilərimiz olur və bunlar bizim üçün böyük itkilərdir. “Fərqli sürətlə” yaşayan insanlara izah etmək çox çətindir. Məsələn, ABŞ-nin “ruslar üzrə” nümayəndəsi Uitkoff. O, bizimlə mücərrəd danışır, tamam başqa dünyadandır. Bizim üçün bu insanlar başqa planetdəndirlər. Biz isə müharibədəyik”, - Zelenski bildirib.
Prezident vurğulayıb ki, söhbət tərəfdaşlara inam və ya inamsızlıqdan deyil, praqmatik şeylərdən gedir.
Onun sözlərinə görə, Avropanın gələcəyi kağız üzərində deyil, təhlükəsizlik ittifaqları üzərində qurulmalıdır.
.