Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb.

O, Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən sammitində bu barədə danışıb.

“Rusiyaya qarşı sanksiyalar gücləndirilməlidir. Rusiya artıq sanksiyaya məruz qalmış tankerlərdən belə istifadə edir. Kölgə donanmasının kapitanlarına və bu tankerlərin sahibi olan şirkətlərə sanksiyalar tətbiq edilməlidir” , - Zelenski vurğulayıb.

Ukrayna lideri Ukraynanın təhlükəsizlik zəmanətləri barədə danışarkən, bu zəmanətlərin bütün Avropa ölkələrinə verilməli olduğunu bildirib .

“Ukrayna dronlarla mübazriədə öz təcrübəsini tərəfdaşları ilə bölüşməyə hazırdır”, - Zelenski çıxışında bəyan edib.

.