
Rəsmi Moskva Ukrayna, Rusiya və ABŞ rəhbərlərinin mümkün görüşləri və hadisələrin gələcək inkişafı ilə bağlı mənfi siqnallar verir.
Bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında paylaşım edib.
O, Finlandiya Prezidenti Aleksandr Stubb ilə “çox yaxşı söhbət” etdiyini və daha təsirli nəticələr üçün mövqelərin koordinasiyasının aparıldığını vurğulayıb.
“Əsas istiqamət - ABŞ-la münasibətlər və bu münasibətlərdə maksimum məzmunluluqdur. Təəssüf ki, hazırda ruslar görüşlər və hadisələrin gələcək inkişafı ilə bağlı mənfi siqnallar göndərirlər. Şəhər və kəndlərimizə hücumlar davam edir. Hər gün yeni qurbanlar var. Ruslar yalnız güclü təzyiqə cavab olaraq hesablaşacaqlar. Təzyiq vacibdir. Biz bunun olacağına ümid edirik. Tərəqqi üçün Rusiyanın addımları lazımdır – real diplomatiyaya doğru addımlar,” – deyə Ukrayna Prezidenti bildirib.
.