Ukraynanın Vinnitsa vilayətinin mərkəzi Vinnitsa şəhəri yaxınlığındakı hava limanı raket hücumundan sonra tamamilə dağıdılıb.

“Unian.net”-ə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

V. Zelenski deyib ki, Vinnitsaya 8 raket zərbəsi endirilib, aeroport tamamilə dağıdılıb: “Bizim sülhpərvər Vinnitsa heç vaxt Rusiyaya təhlükə yaratmayıb. Onlar bizim infrastrukturu dağıtmağa davam edirlər”.

.