Qərb ölkələrinin bəzi liderləri ukraynalılardan ucuz işçi qüvvəsi kimi istifadə edir, Kiyev hakimiyyətindən isə işsiz qaçqınların Ukraynaya qaytarılmasını tələb edirlər.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Rada” telekanalının efirində bildirib.

“Mən onlara deyirəm ki, gəlin bu barədə mətbuat konfransında danışaq, heç biri bunu istəmir. Çünki onların cəmiyyətləri bütün bunlara fərqli yanaşır. Onlar pullarını sayırlar, xaricdəki ukraynalıları dəstəkləmək üçün ildə nə qədər pul xərclədiklərini sayırlar. Orada işləməyən ukraynalılar haqqında isə deyirlər ki, onları ölkənizə qaytarın”, - dövlət başçısı vurğulayıb.
 

.