
Ukrayna lideri Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Moskvada görüş təklifi ilə bağlı mövqeyini açıqlayıb.
Zelenski bu barədə "ABC News"a verdiyi müsahibədə danışıb.
"O, Kiyevə gələ bilər. Müharibə vaxtı görüşmək istəməyən şəxs qəbulolunmaz təkliflər irəli sürə bilməz. Bu ona bənzəyir ki, mən deyim, o, Kiyevə gəlməlidir", - Zelenski bildirib.
O, Putin tərəfindən görüş yeri kimi Moskvanın təklif edilməsinin görüşü təxirə salmaq məqsədi daşıdığını vurğulayıb. Zelenski qeyd edib ki, Ukrayna "hər gün raket hücumlarına məruz qaldığı müddətdə" Rusiyanın paytaxtına gedə bilməz.
Xatırladaq ki, Vladimir Putin çərşənbə günü Zelenski ilə görüş yeri kimi Moskvanı göstərib: "Gəlmək istəyirsə, gəlsin".
.