
Rusiya ordusu Ukraynaya qarşı növbəti kütləvi hücum həyata keçirib. Rusiyanın əsas hədəfləri – mülki infrastruktur olub.
Ukrayna Prezidenti bu barədə “Freedom” telekanalına bildirib.
Volodimir Zelenski Rusiyanın Ukraynaya genişmiqyaslı hava hücumu ilə Putinin öz cəzasızlığını nümayiş etdirdiyini bildirib.
“Bu gecə ölkəmizin müxtəlif bölgələrində onlarla yaşayış binası zədələnib. Yanğınların söndürülməsi davam edir. Aydındır ki, bunlar Rusiyanın nümayiş xarakterli zərbələridir. Putin cəzasız qaldığını göstərir. Bu isə şübhəsiz ki, dünya tərəfindən reaksiya tələb edir”, - Ukrayna dövlət başçısı qeyd edib.
Ukrayna liderinin sözlərinə görə, Rusiyanın bu aqressiyanı davam etdirməsinin əsas səbəbi, ilk növbədə onun müharibə iqtisadiyyatına qarşı kifayət qədər təzyiqin olmamasıdır.
.