“Ukraynanın hədsiz dəstəyə ehtiyacı var. Amma NATO bizə təyyarələrinin, tanklarının 1 faizini belə verməyib”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında videokonfrans vasitəsilə çıxış edərkən deyib.
“Müharibə aparan bir ölkə üçün bu, ən pis haldır. Təəssüf ki, kömək tələblərimizə cavab verilmədi”, - dövlət başçısı vurğulayıb.
.
