“Bu gün tərəfdaşlarımızdan Ukrayna üçün yeni hərbi yardım paketlərinin göndərilməsi ilə bağlı müsbət xəbərlər var. Mən tərəfdaşlarımıza təşəkkür edirəm”.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Vilnüs sammiti çərçivəsində NATO Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında bildirib.
“Müharibənin davam etməsinə baxmayaraq, biz orduda, ölkədə islahatları davam etdiririk. NATO-nun bizim nailiyyətlərimizi tanıması və MAP-ın aradan qaldırmasına görə təşəkkür edirəm”, - o qeyd edib.
Zelenski təhlükəsizlik zəmanəti barədə də danışıb: “Təhlükəsizlik zəmanəti bizim üçün çox vacibdir. Bu zəmanət G7 ölkələri tərəfindən verilə bilər. Biz bu istiqamətdə işləyəcəyik. Ümumilikdə sammitin nəticələri yaxşıdır, amma biz dəvət alacağımız gün bu ən yaxşı nəticə olacaq”.
Zelenski vurğulayıb ki, Ukrayna savaşır: “Eyni zamanda, biz anlayırıq ki, torpaqlarımızda müharibə davam etdiyi müddətdə Ukrayna NATO-nun üzvü olmayacaq. Lakin verilən siqnallar bizim üçün önəmlidir. Çünki ikitərəfli görüşlərdə tərəfdaşlarımızın verdiyi bəyanatlarda əminlik var”.
.
