“Ukrayna müharibəni dayandırmaq üçün dövlətin şərqindəki ərazilərdən imtina etmək fikrində deyil və Donbassda gələcək döyüşə hazırdır. Bu döyüş hərbi əməliyyatların sonrakı gedişatına təsir göstərə bilər”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində deyib.

Dövlət başçısının sözlərinə görə, Rusiya Donbası ələ keçirsə, o zaman Kiyevə ikinci dəfə hücum etməyə cəhd etməyəcəyinə zəmanət yoxdur. Ona görə də Ukrayna üçün Rusiya Federasiyasını cilovlamaq və “özlüyündə dayanmaq” vacibdir, çünki gələcək döyüş bütün müharibənin gedişatına təsir göstərə bilər.

.