Moskva ilə danışıqlarda qapını bağlamamışıq.

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski CNN telekanalına müsahibəsində bildirib.

“Mən Rusiya ilə danışıqlara hazır olduğumuzu demişəm. Ancaq başqa Rusiya ilə - həqiqətən sülhə hazır olan Rusiya ilə danışıqlara hazırıq”,- deyə Zelenski qeyd edib.

Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ölkəsi hazırda ortaya çıxan reallıqları nəzərə alaraq Ukrayna ilə danışıqlara hazırdır.

.