Rusiyanın Kalininqrad vilayətində Polşanın xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən iki nəfər həbs edilib.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilir ki, həbs olunanlar Polşanın Hərbi Kəşfiyyat Xidməti və Daxili Təhlükəsizlik Agentliyinin tapşırıqlarını yerinə yetiriblər.

Məlumata görə, şübhəlilər Rusiya hərbçiləri, Müdafiə Nazirliyinin obyektləri və regiondakı vəziyyət barədə məlumatlar toplayıblar.

Saxlanılan şəxslər barəsində casusluq maddəsi ilə cinayət işi açılıb.

.