Kursk istiqamətindəki mövqelərimiz möhkəmləndirilir.

Bunu Ukrayna prezidenti Vladimir Zelenski “Teleqram” kanalında yazıb.

O bildirib ki, Ukrayna Ordusunun Ali baş komandanı Aleksandr Sırski ona Kursk istiqamətindəki vəziyyətlə bağlı məruzəsindən sonra Kurs istiqamətində canlı qüvvə və hərbi texniknın sayı artırılıb.

“Sırski məruzə etdi ki, ötən gecə Toretsk və Pokrovsk istiqamətindəki mövqelərimizə bir neçə dəfə hücum cəhdi olub, lakin hərbçilərimiz onların hamısının qarşısını alıb. Hazırda tərəfdaşlarımızın köməyi ilə oradakı birləşmələrin silah-sursat təminatı həyata keçirilir, eyni zamanda prioritet məntəqələrin sayı dəqiqləşdirilir. Bunda əsas məqsəd Rusiya ordusunun hücum potensialının zəiflədilməsidir”.

.