Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı, Böyük Britaniyadakı səfir Valeri Zalujnıya ukraynalıların 64 %-i etibar edir ki, bu da araşdırmada göstərilən siyasətçilər və vəzifəli şəxslər arasında ən yüksək göstəricidir.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu "Reytinq" Sosioloji Qrupunun 2026-cı il 3–5 oktyabr tarixlərində keçirdiyi sorğunun nəticələri göstərir.
Əlavə edilib ki, halbuki Ukrayna Prezidenti Volodimir Zelenskiyə və Prezident Ofisinin rəhbəri Kirill Budanova etibar səviyyəsi hər biri üzrə 53 % təşkil edir.
Araşdırmaya əsasən, sabiq müdafiə naziri Mixail Fyodorova respondentlərin 38 %-i, sabiq prezident Petro Poroşenkoya və XİN rəhbəri Andrey Sibiqaya - hər birinə 24 %-i etibar edir.
Bununla belə, Poroşenkoya respondentlərin 70 %-i, Volodimir Zelenskiyə - 40 %, Kirill Budanova - 31 %, Valeri Zalujnıya və Mixail Fyodorova isə hər birinə 25 %, Andrey Sibiqaya - 18 % etibar etmir.
Sorğunun məlumatlarına görə, hipotetik prezident seçkiləri keçiriləcəyi təqdirdə, birinci turda Volodimir Zelenski səslərin 22,9 %-ni, Valeri Zalujnı isə 20,2 %-ni alardı.
"Seçicilərin rəğbətinə görə TOP-2 lider Volodimir Zelenski (22,9 %) və Valeri Zalujnı (20,2 %) olub. Daha sonra Poroşenko (7,6 %), Mixail Fyodorov (7,6 %) və Kirill Budanov (6,7 %) gəlir", - sorğunun nəticələrində bildirilib.
.
