Almaniya Prezidenti Frank-Volter Ştaynmayerlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Məlumatı Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermak yayıb. O, söhbətin detallarının daha sonra açıqlanacağını qeyd edib. Əlavə edib ki, Almaniya Ukraynanın güclü müttəfiqi olaraq qalır və Rusiyanın Avropanın birliyini pozmaq cəhdləri boşunadır.

Telefon danışığı ilə bağlı Almaniya Prezidentinin administrasiyasının yaydığı məlumata görə, söhbət zamanı Zelenski Almaniya Prezidenti Frank-Volter Ştaynmayer və kansler Olaf Şoltsu Ukraynaya səfərə dəvət edib.

“Bild” nəşrinin jurnalisti Paul Ronzhaymer telefon danışığının baş tutması iləl bağlı məlumat yayıb və bildirib ki, tərəflər keçmişdəki problemləri geridə qoyaraq gələcək əməkdaşlığa fokuslanmaqla bağlı razılığa gəliblər.

.