Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, rəsmi Kiyev 2022-ci ildə NATO-ya üzv olmaq üçün konkret tarix barədə razılığa gəlmək, həmçinin Donbassda sülh prosesini yenidən başlatmaq istəyir.
Bunu prezident Zelenski Ukraynanın xaricdəki səfirlərilə görüşdə çıxış edən zaman deyib:
“Biz Donbass sülh prosesini mümkün qədər tezləşdirib yenidən başlatmaq, Krımı geri qaytarmaq, yaxın illərdə Avropa İttifaqına üzv olmaq, NATO-dan açıq-aydın zaman üfüqünü eşitmək istəyirik. Biz buna 2022-ci ildə nail olmaq istəyirik”, deyə Zelenski bildirib.
Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin iki sualtı qayığın istifadəyə verilməsilə bağlı mərasimdə çıxışı zamanı ABŞ və NATO-nun Rusiyanın qərb sərhədləri yaxınlığında atdıqları addımlarla bağlı xəbərdarlıq edib. Həmçinin bu gün Rusiya müdafiə naziri Sergey Şoyqu da verdiyi açıqlamada NATO-nun Ukraynadakı addımları ilə bağlı ciddi xəbərdarlıqlar ünvanlayıb.
.
