Rusiya ilə Ukrayna arasında təmaslar davam edir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Rusiya XİN sözçüsü həmçinin ABŞ hakimiyyətinin Vaşinqtonun Ukrayna münaqişəsinin həlli üçün “məqbul danışıqlar yolu” görmədiyi barədə bəyanatını şərh edib.

“Düşünürəm ki, səslənən açıqlamalar ABŞ administrasiyasının tərkibində baş verən dəyişikliklərin təsiri altında verilir. Buna görə də bəyanatların bir-birini təkzib edən, qırıq-qırıq şəkildə verilməsinə təəccüblənməyə dəyməz", deyə Zaxarova vurğulayıb.

.