“Rusiya ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə danışıqlara işgüzar münasibətlə gedir”.

TASS bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, Rusiya Federasiyası ilə ABŞ arasında təhlükəsizlik məsələləri üzrə Cenevrədə danışıqların birinci raundu yanvarın 9-da axşama planlaşdırılıb:

“Danışıqlar dar formatda keçiriləcək”.

.