Ukrayna ərazisinə xarici qoşunların göndərilməsi nüvə dövlətlərinin birbaşa toqquşmasına səbəb olacaq.
Yenizaman TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Fransa müdafiə naziri Sebastyan Lekornu Ukraynaya xarici qoşunların göndərilməsi ideyası ilə oynamağa çalışan yeganə Qərb nümayəndəsi deyil. Bu təşəbbüsün praktiki həyata keçirilməsinin nəyə gətirib çıxaracağını bilirsiniz, bəlkə də unutmuş olanlar üçün təkrar edə bilərəm. Bu, fəlakətli nəticələrlə nüvə dövlətlərinin birbaşa toqquşmasına gətirib çıxaracaq", - o qeyd edib.
.