Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı son bəyanatlarına münasibət bildirib.
Zaxarova Paşinyanın KTMT-nin Ermənistanın suverenliyə təhlükə olması ilə bağlı bəyanatlarını sağlam düşüncəyə zidd adlandırıb.
Qeyd edək ki, Paşinyan Ümumdünya Erməni Forumunda çıxışında ölkəsinin KTMT-də fəaliyyətini dondurduğunu, bu təşkilatın ölkəsinin suverenliyinə təhlükə olduğunu söyləyib.