
“Ermənistan rəsmiləri Rusiyanın sayəsində nə qədər erməninin xilas olduğunu çox yaxşı bilirlər”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan rəsmilərinin Rusiya əleyhinə səsləndirdiyi bəyanatlara münasibət bildirərkən deyib.
“Bu cür bəyanatları verənlər bəyəm bilmirlər ki, nə qədər Ermənistan vətəndaşını Moskvanın sayəsində xilas etmək mümkün olub? Bu, bəyəm belə deyil? Bəyəm bu barədə Ermənistanda bilmirlər? Əlbəttə ki, bilirlər. Bəs, onda indi bu, nəyə görə unudulur? Bütün bunlar on illiklər ərzində baş verib. Regionda çoxlu sayda baş vermiş gərginliyi məhz Moskva və birbaşa bizim ölkəmizin prezidenti Vladimir Putin tərəfindən söndürmək mümkün olub. Nə əcəb İrəvanda bunu bilmirlər?! Əlbəttə ki, bilirlər. Bəs, onda niyə görə onlar belə bəyanatlar səsləndirirlər?! Onlar tarixi yenidən yazmaq istəyirlər? Bu, alınmayacaq. Ona görə ki erməni xalqı öz tarixini çox yaxşı bilir. Həm yeni, həm də əsrlik tarixini... Bizim ölkənin erməni xalqının və Ermənistanın taleyindəki rolunu da çox yaxşı bilir”, - deyə Zaxarova vurğulayıb.
.