Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Londondan “Şimal axını” ilə bağlı cavab gözləyir.

Belə ki, mətbuatda yayılan xəbərlərə görə, “Şimal axını” təxribatından sonra Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass ABŞ dövlət katibi Antoni Blinkenə “Həll olundu” (“it’s done”) mesajını göndərib. Zaxarova Trassdan bu xəbərlə bağlı izahat verməsini tələb edir.

“Düzünü desəm, bu məlumatı kimin və necə əldə etdiyi məni maraqlandırmır. Londonun bu suala cavabı məni maraqlandırır. Liz Trass “Şimal axını” partladıldıqdan dərhal sonra ABŞ dövlət katibi Antoni Blinkenə mesaj göndərib. Mesajda “Həll olundu” sözləri yazılıb. Trass doğrudanmı bu mesajı göndərib?” - deyə Zaxarova “Telegram” kanalında yazıb.

.