“Fikrimcə regionda prosesin nizamlanmasına, sülhün regiona qayıtmasına və vəziyyətin sabitləşməsinə yönəlmiş səylər bir nömrəli mövzu olmalıdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Təəssüflər olsun ki, müxtəlif tərəflərdən müxtəlif dövrlərdə qeyri-sabitləşdirici xarakterli bəyanatları müntəzəm olaraq eşidirik. Bu cür bəyanatlar insanlarda sabah üçün qorxu yaradır və onların əldə olunmuş razılaşmaların reallaşması ilə bağlı inamlarına zərbə vurur. Təxribat xarakterli, saxta bəyanatlar... Bu dövrdə hansı bəyanatlar olmadı ki? Ona görə də biz deyirik ki, tərəflərdən eşitdiyimiz hər bir ritorika Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının vəzifələrinə və ümumi məqsədlərinə uyğun olmalıdır. Konstruktiv fəaliyyətlərlə bağlı informasiyalar nə qədər çox olsa, insanlarda vəziyyətin tam normallaşacağına dair inam artacaq. Bu isə olduqca böyük əhəmiyyət daşıyır. Sözsüz ki, dinc vəziyyətə tərəflərin dəstəyi və cəlb olunmuş qüvvələrin dəstəyi ilə mümkündür. İnsanların sabaha inamı olmalıdır və onları atılacaq addımlarla bağlı məlumatlandırmaq çox vacibdir”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.
 

.